Zəngilana növbəti köç karvanı çatıb | YENİLƏNİB
* * *
13:24
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.
AzVision.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə (142 nəfər) köçürülüb. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
AzVision.az
Teqlər: Böyük-Qayıdış







Vaxtında, Aydın, Lazımlı!


